Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
05 Oktyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
358
31.05.2024, 14:40
"Azərbaycanda tətbiq edilən aylıq müavinətlərdən biri də övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə ödənilən puldur".
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.
Deputat bir sıra hallarda şamil olunmasına baxmayaraq, bəzi valideynlərin bu müavinətdən istifadə etmədiklərini deyib.
"Belə ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə hər uşağa görə aylıq pul ödənilir. Mövcud qaydalara əsasən, övladlığa götürülən uşağa görə hər ay 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat ödəniş nəzərdə tutulub. Uşaqlara görə pul onlar 18 yaşına çatanadək ödənilir.
Belə valideynlər şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti, uşağın övladlığa götürülmə haqqında şəhadətnamə və uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini yaşadıqları ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" təqdim etməklə müavinəti ala bilərlər", - deyə deputat qeyd edib.
O, həm də müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edildiyni bildirib.
"Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəzaçəkmədən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir", - deyə deputat bildirib.
22:09 / 05 Oktyabr 2026
7
22:02 / 05 Oktyabr 2026
35
21:57 / 05 Oktyabr 2026
46
21:53 / 05 Oktyabr 2026
71
21:50 / 05 Oktyabr 2026
3503
21:45 / 05 Oktyabr 2026
1513
21:40 / 05 Oktyabr 2026
47
21:37 / 05 Oktyabr 2026
49
21:26 / 05 Oktyabr 2026
49
21:18 / 05 Oktyabr 2026
59
21:11 / 05 Oktyabr 2026
55
21:05 / 05 Oktyabr 2026
73
20:59 / 05 Oktyabr 2026
86
20:53 / 05 Oktyabr 2026
70
20:50 / 05 Oktyabr 2026
88
20:47 / 05 Oktyabr 2026
570
20:41 / 05 Oktyabr 2026
65
20:15 / 05 Oktyabr 2026
72
19:54 / 05 Oktyabr 2026
96
19:49 / 05 Oktyabr 2026
92
19:34 / 05 Oktyabr 2026
199
19:20 / 05 Oktyabr 2026
76
19:03 / 05 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.