Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb

Azərbaycanın nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb

İQTİSADİYYAT

301

13.05.2024, 16:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4 milyard 184,1 milyon manata yüksəlib.

Oxu24.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, nəqliyyat gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21% artıb. Belə ki, 2023-cü ildə bu rəqəm 3 milyard 467,4 milyon manat təşkil edib.