Qaynar xətt:

(+99450) 247 90 86

Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb, 2 azarkeş saxlanılıb

Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb, 2 azarkeş saxlanılıb

İDMAN

616

13.02.2022, 21:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında kütləvi dava düşüb.

Oxu24.com-un  "NTV Spor"a istinadən məlumatına görə, futbolçular arasında insident ilk hissə başa çatdıqdan sonra baş verib. Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.

Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydançaya atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.

Hadisənin səbəbi hələlik bəlli deyil.