Qaynar xətt:

(+99450) 247 90 86

Nurməhəmmədov UFC ilə danışıqlardan imtina etdi

Nurməhəmmədov UFC ilə danışıqlardan imtina etdi

İDMAN

1243

14.10.2018, 11:01

\"\" Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov UFC rəhbərliyi ilə növbəti döyüşünə dair danışıqlar aparmayacaq.
Bizimyol.info Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Həbib özü bildirib. “UFC mənim növbəti döyüşümə dair danışıqlar aparır. Amma mən onlara deyirəm: “Yox, bir dayanın. Mənim komandamı cəzalandırmısınız, hələ istəyirsiniz sizinlə danışıq aparım?” Belə şey olmayacaq. Komandamın, qardaşlarımın problemlərini həll etməyənə qədər ümumiyyətlə mənə zəng vurmayın”, – Nurməhəmmədov bildirib.