Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.
Bu barədə Oxu24.coma Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.
O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.
F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub. Oxu24.com
ŞƏRHLƏR