“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
15 Noyabr 2026, 01:35
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
695
18.12.2020, 20:59
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ənənəvi Tata Steel şahmat turnirində iştirak etməməsinə aydınlıq gətirib.
Oxu24.com xəbər verir ki, o, "Facebook” hesabından etdiyi paylaşımında koronavirusa yoluxduğu üçün təşkilatçılara bu dəfə onu başqa şahmatçı ilə əvəz etmələrini istədiyini bildirib:
"Tata Steel Şahmat Turnirində əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19-a yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım.
Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm, amma buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Yerun Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.
Ümidvaram ki, hələ də Tata Steel Şahmat Turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarım ilə sevindirmək imkanım olacaq.
Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.
Hamınız xoşbəxt və sağlam olun!”
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.