Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək

\\\"Qarabağ\\\" klubu UEFA-nın qərarına etiraz edəcək

İDMAN

636

26.11.2020, 18:09

"Qarabağ" klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.
Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımızı rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".
Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".