Qaynar xətt:

(+99450) 247 90 86

Messi gedir - Üzücü xəbər

Messi gedir - Üzücü xəbər

İDMAN

729

17.08.2020, 09:43

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi klub rəhbərliyinə yaxın vaxtlarda komandanı tərk etmək niyyətində olduğunu bildirib.
"Report" "Esporteinterativo"ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçuya yaxın olan mənbə Messinin əvvəllər belə qəti qərar vermədiyini söyləyib. Ölkənin məşhur "Mundo Deportivo" nəşri isə xəbəri təkzib edib və argentinalı forvardın kluba belə məlumat vermədiyini yazıb. Nəşr Messinin komandada qalacağını vurğulayıb.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.