Qaynar xətt:

(+99450) 247 90 86

Koronovirusa görə idman yarışları təxirə düşdü - BAKIDA

Koronovirusa görə idman yarışları təxirə düşdü - BAKIDA

İDMAN

732

03.03.2020, 11:45

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Oxu24.com -un   məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Basketbol Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Həmçinin, martın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutmalı olan Jr.MBA-nın püşkatması da koronovirus səbəbindən baş tutmayacaq.