Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevin bacısı oğluna vəzifə verildi

İlham Əliyevin bacısı oğluna vəzifə verildi

İDMAN

2289

14.05.2018, 18:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib. MOK-un mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib. Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq.
Günün təklif olunan videosu: https://www.youtube.com/watch?v=g1-RzuVv8ac