Qaynar xətt:

(+99450) 247 90 86

Messi sevərlərə PİS XƏBƏR

2019-07/1563947258_mini_messi-celebraci-gol.jpg

İDMAN

1566

24.07.2019, 09:47

\"\"  Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb.
APA-nın məlumatına görə, 32 yaşlı hücumçu Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) ünvana səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya edilib. O, DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq. Bundan başqa, futbolçu 1500 dollar cərimə edilib. L. Messi KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub. Qeyd edək ki, turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra L. Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.