Roberto Karlos infarkt keçirdi
31 Dekabr 2025, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
40
01.01.2026, 12:56
Ənənəvi ilsonu mövzularındandır – uğurlu və uğrsuz məqamlar, yaxşı və pis nəticələr haqda yazılar, ilə baxış, hesabat tipli məqalələr dərc edilir.
İdman ictimaiyyəti bununla geridə qoyduğu ilə boylanır, mənzərə ilə tanış olur və buna əsasən gələcəyə aid addımlarını götür-qoy edir.
Mən 2025-dən geniş rezume yox, bir neçə maraqlı və vacib məqamı diqqətə gətirmək istəyirəm.
Qeyd edəcəklərim ilin “ən”ləri kimi səciyyələndirilib və köklü məsələlər kimi diqqətimi çəkib.
Beləliklə, 2025-in ən yaxşı futbol hadisəsi “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsidir. “Atlılar” daha artığını edib – bu mərhələdə 7 xal toplayıb növbəti etapa vəsiqə qazanmaq üçün şansı əlində saxlayır. Lakin futbolumuz üçün müsbət nonseslərin müəllifi olan bu komandada müəyyən qayğılı hərəkətlilik var. Yankoviç, Bikalyo, Duran və s. futbolçulara ciddi təkliflər var və bunlardan istənilən biri belə ayrılsa, komandanın oyun nizamı üçün böyük risk sayılır. Ümid edək ki, bir neçə dəfə belə dramatik dönəm keçirən “Qarabağ” bu dəfə də vəziyyəti toparlayıb öz cızdığı cığırla yenə bizi sevindirəcək yerlərədək irəliləyə bilər.
İlin ən vacib məsələsi futbol üzrə milli komandamızın baş məşqçi postuna uzun illərdən sonra yenidən yerli mütəxəssisin təyinatı oldu. AFFA vacib, kritik qərarla Santuşla yolları ayırıb, nəhayət, futbol ictimaiyyətinin arzuladığı addımı atdı – Ayxan Abbasovla milliyə sanki yeni nəfəs gəlib və daha ciddi ab-hava yaradılıb. Ümid edək, həm AFFA, həm milli komandalara təyin olunan yerli “sükançılar” etimadı doğruldacaq, ən əsası, ciddi layihələr icra edib, futbolumuzun fundamental inkişafına nail olacaq.
İlin ən pis idman hadisəsi dünya şöhrətli karateçi Rafael Ağayevin Gənclər və İdman nazirliyinin “qara siyahısına” düşməsi hesab oluna bilər. Rafael interkontinental bir addır və onun narazılıqları şəxsi motivdə deyil, peşəkarlıq barədədir. Təəssüf etməkdən başqa əldən heç nə gəlmir, ancaq bu halın davam etməsi nazirlik üçün mənfi haldır. Əslində, çox da böyük olmayan bu problemə etinasız yanaşılması anlaşılan deyil və bu məsələdə də ümid etmək qalır – nazirlik həll yolunu tapmalıdır.
2025-in qeyd edilməyə dəyər “ən”lərindən biri də “Sabah”ın yüksəlişi, illərlə davam edən “Qarabağ” hegemoniyasına “şərik çıxmaq” cəhdləridir. “Futuristlər” 2018-dən çıxış etdiyi Premyer Liqada ilk dəfə “qış çempionu” oldu və ən əsası, çempionatda rəqabətin yüksək səviyyəyə qalxmasına xidmət göstərmiş oldu.
Geridə qoyduğumuz ilin “ən”lərindən sayıla biləcək hadisələrdən biri də atletikaçımız Tofiqin çıxışıdır. Onun dç-da ilk dəfə üçlü arxa fırlanma hərəkəti bütün dünyanın diqqətinə düşdü və Tofiq buna görə son aylar dünyada haqqında ən çox bəhs edilən azərbaycanlılardan biri oldu. Həm də idmanımız üçün ekzotik sayıla biləcək növlərdən birində bu miqyasda uğur əldə etmək hərtərəfli “ən” sayıla biləcək bir şeydir.
2025-in növbəti bir “ən”i kimi diqqətimi çəkən U-20 dünya çempionatının Azərbaycan və Özbəkistanın birgə təşkilinə həvalə edilməsi oldu. Çox böyük miqyaslı məsələdir və inanırıq ki, dövlətimiz, futbol industriyamız bu ciddi məsuliyyəti də layiqli şəkildə yoluna qoyacaq.
Həmçinin oxuyun
Media ilə işini yaxşı quranlar həmişə qeyd olunmalıdır. Bu baxımdan diqqətimi çəkən “ən”ləri qeyd etmək istəyirəm:
– Cüdo federasiyası
– Avarçəkmə federasiyası
– Güləş federasiyası
Bu federasiyalar digər hamısından daha yaxşı kommunikasiya qurdu.
AFFA, “Sabah”, “İmişli”, “Sumqayıt”, Karate federasiyası, Futzal federasiyası bu mənada irəliləyişə nail olmuşdu. Adları çəkilməyənlər isə ya normal ortastatistik fəaliyyətlə yadda qalıb. Media ilə işi pis quran qurumların adını isə qeyd etməməyimiz də qoy onların bundan sonra daha peşəkar və ciddi işləmələrinə bir çağırış dəyərləndirilsin…
Sonda ƏN arzulanan məqamı qeyd etmək istəyirəm. Bir çox federasiya və qurumların arasında ədavətə qədər dərinləşməkdə olan gərgin münasibətlər nizamlanmalıdır. Dövlətin idmana qayğısı, istənilən işi üçün kifayət qədər şəraitin yaradılması başları İŞƏ qatmalıdır, pərdəarxası intriqalara, ambisiya davalarına yox. Bəzən gizlədə də bilməyib, aradakı nifaqı aşkarda edənlər olur. Qətiyyən yolverilməzdir və məsuliyyət dərk edilməlidir…
ƏNdazəni ambisiya üçün rərəqabətə girƏNdə yox, qələbə üçün sevinƏNdə aşaq…
2026 əsl sağlamlıq və peşəkarlıq ili olsun!
Yeni ilin mübarək, Azərbaycan!
14:55 / 01 Yanvar 2026
18
14:39 / 01 Yanvar 2026
35
14:19 / 01 Yanvar 2026
30
14:08 / 01 Yanvar 2026
64
13:59 / 01 Yanvar 2026
55
13:49 / 01 Yanvar 2026
414
13:49 / 01 Yanvar 2026
45
13:46 / 01 Yanvar 2026
45
13:37 / 01 Yanvar 2026
200
13:37 / 01 Yanvar 2026
49
13:28 / 01 Yanvar 2026
165
13:17 / 01 Yanvar 2026
57
13:14 / 01 Yanvar 2026
64
13:08 / 01 Yanvar 2026
94
12:58 / 01 Yanvar 2026
449
12:52 / 01 Yanvar 2026
44
12:46 / 01 Yanvar 2026
220
12:34 / 01 Yanvar 2026
57
12:27 / 01 Yanvar 2026
101
12:19 / 01 Yanvar 2026
65
12:08 / 01 Yanvar 2026
83
12:02 / 01 Yanvar 2026
1114
12:00 / 01 Yanvar 2026
54
11:55 / 01 Yanvar 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.