Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb
11 Oktyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
726
23.09.2025, 11:51
Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımız buraxılmayıb.
Oxu24.com Prosport.az-a istinadən xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı müəyyən edilib.
Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıb.
Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana bilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.
Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.
Həm Şəhanə Hacıyeva, həm də İlkin Nəsibov Sumqayıtda Fərid Ağakişiyevin tələbələri sayılır.
14:25 / 12 Oktyabr 2026
11
14:17 / 12 Oktyabr 2026
156
14:11 / 12 Oktyabr 2026
41
14:04 / 12 Oktyabr 2026
480
13:51 / 12 Oktyabr 2026
65
13:40 / 12 Oktyabr 2026
68
13:30 / 12 Oktyabr 2026
1709
13:26 / 12 Oktyabr 2026
93
13:21 / 12 Oktyabr 2026
98
13:13 / 12 Oktyabr 2026
130
12:55 / 12 Oktyabr 2026
2845
12:53 / 12 Oktyabr 2026
86
12:50 / 12 Oktyabr 2026
67
12:40 / 12 Oktyabr 2026
62
12:25 / 12 Oktyabr 2026
195
12:17 / 12 Oktyabr 2026
195
12:12 / 12 Oktyabr 2026
142
11:57 / 12 Oktyabr 2026
71
11:52 / 12 Oktyabr 2026
74
11:46 / 12 Oktyabr 2026
668
11:39 / 12 Oktyabr 2026
100
11:31 / 12 Oktyabr 2026
1575
11:27 / 12 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.