Qaynar xətt:

(+99450) 247 90 86

Nuri Şahin istefaya göndərildi

İDMAN

701

22.01.2025, 15:02

Dortmund “Borussiya”sı baş məşqçisi Nuri Şahini istefaya göndərib.

 Oxu24.com   xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə yollar komandanın uğursuz nəticələrinə görə ayrılıb.

“Borussiya” Nuri Şahinin rəhbərliyi altında son məğlubiyyətini ötən gecə Çempionlar Liqasında “Bolonya” ilə görüşdə alıb - 1:2.

Qeyd edək ki, N.Şahin ötən ilin yayından Dortmund təmsilçisini çalışdırırdı. Hazırda “Borussiya” Bundesliqanın turnir cədvəlində 25 xalla 10-cudur.