Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119350
az

AFFA 4 klubu cərimələdi

16:2703 Oktyabr, 2024
148
İDMAN
  • A

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.

Oxu24.com xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin növbəti iclasında qəbul olunub.

Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt təmsilçisi 700 manat cərimələnib.

Sentyabrın 28-də baş tutan "Neftçi" - "Sumqayıt" görüşündə 6 futbolçusu sarı vərəqə cəzası aldığından Sumqayıt komandası 700 manat cərimələnib. Eyni məbləğdə cərimə "Şamaxı" və "Turan Tovuz"a da şamil edilib. Buna səbəb sentyabrın 29-da Şamaxıda sözügedən komandalar arasında keçirilən görüşdə meydan sahiblərinin 4, Tovuz təmsilçisinin isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qarabağ”ın rumınlarla oyunu slovakiyalı hakimlərə tapşırıldı
Eren Elmalının "Qalatasaray"a transferi ləğv edilib
Qazaxıstan millisinin qapıçısı          “Sabah”da