Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina beynəlxalq turnirdə 6-cı yeri tutub
06 Sentyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
240
02.10.2024, 16:13
"Sabah çox vacib oyuna çıxacağıq".
Oxu24.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, özünəməxsus oyun üslubu olan komandaya qarşı mübarizə aparacaqlarını bildirib: "Azarkeşlərimizi sevindirmək istəyirik. Oyuna hazırlaşmağa vaxtımız az olub. Zədəli Mateus Silva bir neçə matçda komandaya kömək edə bilməyəcək. Marko Yankoviçlə bağlı qərarı isə sabah verəcəyik. Hələlik 60-65 dəqiqə oynamağa hazırdır".
Mütəxəssis "Malmö"nün böyük təcrübəyə malik olduğunu söyləyib: "Rəqibimiz İsveçin digər komandalarından fərqlənir. Ümumiyyətlə, skandinaviyalılar fiziki futbola daha çox üstünlük verirlər. Bəlkə sabah öz oyun tərzimizdən kənara çıxdıq. Avrokuboklarda mübarizə aparan hər bir komanda ciddi rəqibdir. Bu cür turnirlərdə gözlənilməz nəticələrə rast gəlmək olur".
Q.Qurbanov ötən mövsüm İsveçin "Yurqorden" komandasında çıxış etmiş Musa Qurbanlıdan "Malmö" barədə informasiya aldığını deyib: "Lakin Musanın sabah start heyətində meydana çıxıb-çıxmayacağını indidən deyə bilmərəm".
Baş məşqçi qapıçı seçimini də oyun günü edəcəyini vurğulayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.
00:42 / 07 Sentyabr 2026
15
23:52 / 06 Sentyabr 2026
131
23:31 / 06 Sentyabr 2026
62
23:02 / 06 Sentyabr 2026
112
22:35 / 06 Sentyabr 2026
71
22:00 / 06 Sentyabr 2026
86
21:24 / 06 Sentyabr 2026
80
21:14 / 06 Sentyabr 2026
66
21:10 / 06 Sentyabr 2026
70
21:00 / 06 Sentyabr 2026
113
20:32 / 06 Sentyabr 2026
66
20:25 / 06 Sentyabr 2026
91
20:15 / 06 Sentyabr 2026
76
19:58 / 06 Sentyabr 2026
69
19:44 / 06 Sentyabr 2026
97
18:50 / 06 Sentyabr 2026
84
18:40 / 06 Sentyabr 2026
88
18:15 / 06 Sentyabr 2026
100
15:39 / 06 Sentyabr 2026
1737
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
107
14:14 / 06 Sentyabr 2026
92
14:00 / 06 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.