Qaynar xətt:

(+99450) 247 90 86

İki güləşçimiz əməliyyat olundu

İki güləşçimiz əməliyyat olundu

İDMAN

264

17.09.2024, 15:28

Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat edilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

T. Bayramovun 5, Ə.Rzazədənin isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.