Qaynar xətt:

(+99450) 247 90 86

"Beşiktaş" Avropa Liqasında mübarizəyə başlayır

"Beşiktaş" Avropa Liqasında mübarizəyə başlayır

İDMAN

251

22.08.2024, 14:14

Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün mübarizəyə başlayacaq.

Oxu24.com xəbər verir ki, “qara qartallar” səfərdə İsveçrənin “Luqano” kollektivi ilə üz-üzə gələcək. “Stokhorn Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qarşılaşmanı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.

Komandalar arasında cavab oyunu bir həftə sonra Türkiyənin İstanbul şəhərində keçiriləcək.