Rafael Fiziyev ilk onluğa QAYITDI
08 Sentyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
292
14.08.2024, 14:00
“Əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək”.
Oxu24.com xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lüdoqorets” üzərində Bolqarıstandakı inamlı qələbəsindən (7:2) bəhs edərkən deyib.
O, klubun uğurlarının davamlı olacağına inamını vurğulayaraq, hər kəsi qələbə münasibətilə təbrik edib: “İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu oyun hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür.
Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün - iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm.
Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq mən əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.
23:59 / 08 Sentyabr 2026
118
23:39 / 08 Sentyabr 2026
100
23:29 / 08 Sentyabr 2026
54
23:16 / 08 Sentyabr 2026
71
22:46 / 08 Sentyabr 2026
97
22:34 / 08 Sentyabr 2026
64
22:14 / 08 Sentyabr 2026
69
22:00 / 08 Sentyabr 2026
75
21:43 / 08 Sentyabr 2026
61
21:32 / 08 Sentyabr 2026
72
21:25 / 08 Sentyabr 2026
321
21:19 / 08 Sentyabr 2026
76
21:01 / 08 Sentyabr 2026
72
21:00 / 08 Sentyabr 2026
95
21:00 / 08 Sentyabr 2026
63
20:50 / 08 Sentyabr 2026
71
20:48 / 08 Sentyabr 2026
69
20:40 / 08 Sentyabr 2026
62
20:39 / 08 Sentyabr 2026
86
20:25 / 08 Sentyabr 2026
274
20:23 / 08 Sentyabr 2026
65
20:20 / 08 Sentyabr 2026
67
20:10 / 08 Sentyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.