Rafael Fiziyev ilk onluğa QAYITDI
08 Sentyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
446
13.08.2024, 16:06
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.
Oxu24.com ın məlumatına görə, sərəncamla birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat ödəniləcək
Ölkə başçısı ikinci sərəncamı Milli Olimpiya Komitəsi Prezidenti olaraq imzalayıb. Sərəncama əsasən, Paris olimpiadasında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyənləşdirilib:
Birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
İkinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
Üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;
Azərbaycan idmançıları Paris-2024-də 7 medal qazanıblar. Beləliklə, qızıl medal qazanan idmançılara (2 nəfər) 1,2 milyon manat, gümüş medal qazanan idmançılara (2 nəfər) 600 min manat, bürünc medal qazananlara isə (3 nəfər) 450 min manat pul veriləcək.
Ümumilikdə idmançıların pul mükafatı 2 milyon 250 min manat təşkil edir.
Bundan əlavə birinci yerin qalibi olan idmançının məşqçisinə iki sərəncamla 300 min manat mükafat nəzərdə tutulub. İdmançılar 2 qızıl medal qazandığından onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 600 min manatdır.
İkinci yerin qalibi olan idmançının şəxsi məşqçisi üçün 150 min manat nəzərdə tutulub. Yarışlarda gümüş medal qazanan 2 idmançının müəllimlərinə isə 300 min manat mükafat veriləcək.
Üçüncü yerin qalibi olan idmançının məşqçisi üçün 75 min manat mükafat nəzərdə tutulub. 3 idmançı bürünc medal qazanıb ki, onların məşqçiləri üçün nəzərdə tutulan vəsait 225 min manatdır.
Məşqçilər üçün nəzərdə tutulan pul mükafatı 1 milyon 125 min manat təşkil edir.
Qalib idmançılar və məşqçilərə veriləcək ümumi məbləğ 3 milyon 375 min manatdır.
23:59 / 08 Sentyabr 2026
124
23:39 / 08 Sentyabr 2026
101
23:29 / 08 Sentyabr 2026
56
23:16 / 08 Sentyabr 2026
71
22:46 / 08 Sentyabr 2026
98
22:34 / 08 Sentyabr 2026
64
22:14 / 08 Sentyabr 2026
69
22:00 / 08 Sentyabr 2026
80
21:43 / 08 Sentyabr 2026
62
21:32 / 08 Sentyabr 2026
73
21:25 / 08 Sentyabr 2026
338
21:19 / 08 Sentyabr 2026
76
21:01 / 08 Sentyabr 2026
73
21:00 / 08 Sentyabr 2026
97
21:00 / 08 Sentyabr 2026
63
20:50 / 08 Sentyabr 2026
73
20:48 / 08 Sentyabr 2026
69
20:40 / 08 Sentyabr 2026
64
20:39 / 08 Sentyabr 2026
89
20:25 / 08 Sentyabr 2026
278
20:23 / 08 Sentyabr 2026
65
20:20 / 08 Sentyabr 2026
67
20:10 / 08 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.