Qaynar xətt:

(+99450) 247 90 86

Frenk Lempard "Bernli"nin baş məşqçisi ola bilər

Frenk Lempard \\\"Bernli\\\"nin baş məşqçisi ola bilər

İDMAN

211

31.05.2024, 11:40

Frenk Lempard İngiltərənin "Bernli" klubunun baş məşqçisi ola bilər.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, klub rəhbərliyi onun namizədliyini Vensan Kompani "Bavariya"ya getdikdən sonra nəzərdən keçirir.

45 yaşlı ingiltərəli mütəxəssis "Çelsi"dən ayrıldıqdan sonra, 2023-cü ilin iyunundan klubsuzdur. F.Lempard daha əvvəl "Everton" və "Derbi Kaunti" klublarını da çalışdırıb.

Qeyd edək ki, 2023/2024 mövsümündə Vensan Kompaninin rəhbərliyi altında 24 xal toplayaraq Premyer Liqada 19-cu olan "Bernli" Çempionşipə enib.