Qaynar xətt:

(+99450) 247 90 86

"Siti" Rodriqonu transfer etmək istəyir

\\\"Siti\\\" Rodriqonu transfer etmək istəyir

İDMAN

255

31.05.2024, 10:00

"Real Madrid" və Braziliya millisinin üzvü Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Oxu24.com xəbər verir ki, "Mançester Siti" braziliyalı forvardla yaxından maraqlanır. Bu barədə "Marca" nəşri məlumat yayıb. "Şəhərlilər" 23 yaşlı hücumçunu transfer etmək istəyir. 

Qeyd edək ki, Kilian Mbappenin mümkün transferindən sonra "Kral klubu"nun hücum xəttindəki oyunçulardan biri ilə vidalaşması gözlənilir. Bu futbolçunun Rodriqo Qoes olduğu bildirilir.