U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
25 Oktyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
269
30.05.2024, 13:29
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 10300, "Sabah"ı isə 13700 manat cərimələyib.
Oxu24.com xəbər verir ki, buna tərəflər arasında Premyer Liqanın XXXVI turunun matçında yaşananlar səbəb olub.
"Ağ-qaralar"ın futbolçusu Dieqo Valdes görüşün sonlarında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, paytaxt təmsilçisini 3000 manat ziyana salıb.
"Neftçi"nin istefaya göndərilən baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyi üçün 5 matçlıq diskvalifikasiya edilib, klub isə buna görə 4000 manat ödəməli olacaq.
Komandanın azarkeşləri meydana kənar əşyalar atdığına görə Bakı klubu 800 manat cərimələnib. Fanatların rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə isə əlavə 1000 manat cərimə kəsilib. Tərəflərin pirotexniki vasitədən istifadəsi ilə əlaqədar isə "Neftçi" 1500 manatından keçməli olacaq.
Bundan əlavə, "Sabah"ın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə ikisi şərti olmaqla 4 oyunluq cəza alıb. "Bayquşlar" 4000 manat cərimə edilib. Oyunçuya üç ay sınaq müddəti təyin olunub. Qonaqların digər legioneri Con İrasabal üçü şərti olmaqla 4 matçlıq diskvalifikasiya ilə üzləşib. Klub isə bu səbədən 3000 manat ödəyəcək. Abdulax Xaybulaev da eyni səbəbdən 4 oyunluq cəza alanların sırasına qoşulub və "Sabah"ı 3000 manat ziyana salıb.
Üç futbolçusu qırmızı vərəqə gördüyü üçün Premyer Liqa təmsilçisi əlavə 3000 manat ödəyəcək. Digər 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə isə 700 manatından keçməli olacaq.
Qeyd edək ki, rəqibini 1:0 hesabı ilə üstələyən "Sabah" UEFA Konfrans Liqasına vəsiqə qazanıb.
16:35 / 25 Oktyabr 2026
2
16:05 / 25 Oktyabr 2026
51
15:37 / 25 Oktyabr 2026
223
15:34 / 25 Oktyabr 2026
62
15:19 / 25 Oktyabr 2026
74
15:08 / 25 Oktyabr 2026
100
15:05 / 25 Oktyabr 2026
78
14:36 / 25 Oktyabr 2026
77
14:15 / 25 Oktyabr 2026
523
14:00 / 25 Oktyabr 2026
187
13:50 / 25 Oktyabr 2026
251
13:50 / 25 Oktyabr 2026
69
13:35 / 25 Oktyabr 2026
135
13:18 / 25 Oktyabr 2026
1187
13:05 / 25 Oktyabr 2026
78
12:44 / 25 Oktyabr 2026
580
11:19 / 25 Oktyabr 2026
92
10:45 / 25 Oktyabr 2026
134
10:34 / 25 Oktyabr 2026
960
07:01 / 25 Oktyabr 2026
267
23:16 / 24 Oktyabr 2026
280
22:52 / 24 Oktyabr 2026
292
22:34 / 24 Oktyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.