Qaynar xətt:

(+99450) 247 90 86

Fransız portalı RPL-in üç əsas istedadının adını çəkib

Fransız portalı RPL-in üç əsas istedadının adını çəkib

İDMAN

343

27.05.2024, 21:43

Fransanın “Footmercato” portalı Rusiya Premyer Liqasının (RPL) Avropa çempionatında çıxış edə biləcək üç əsas istedadının adını açıqlayıb.

 

Oxu24.com xəbər  verir  ki, mənbənin məlumatına görə, bunlar "Dinamo"nun 21 yaşlı hücumçusu Konstantin Tyukavin, "Lokomotiv"in 19 yaşlı yarımmüdafiəçisi Sergey Pinyaev və "Krılyev Sovetov"un 19 yaşlı cinah oyunçusu Nikita Saltıkovdur.

 

2023/24 mövsümündə Rusiya çempionu bu kuboku ardıcıl altıncı dəfə qazanan Sankt-Peterburqun "Zenit"i olub. Komanda 57 xal toplayıb.

 

Maraqlıdır ki, “Zenit” heç-heçə etsəydi və ya uduzsaydı, “Krasnodar” ölkə çempionu olacaqdı.

 

RPL-də ikinci yerdə Tyukavinin çıxış etdiyi Moskva "Dinamo"sunu 1:0 hesabı ilə məğlub edən "Krasnodar" olub.

 

Nigar