Qaynar xətt:

(+99450) 247 90 86

"Barselona" mövsümü qələbə ilə başa vurdu

\\\"Barselona\\\" mövsümü qələbə ilə başa vurdu

İDMAN

340

27.05.2024, 10:20

İspaniya La Liqasında 2023/24 mövsümünə yekun vurulub. 

Oxu24.com xəbər verir ki, çempionatın son matçında “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Matç Kataloniya klubunun qələbəsi ilə başa çatıb. 

“Sevilya” - “Barselona” - 1:2

Qollar: Robert Levandovski, 15 (0:1), Yussef En-Neseri, 31 (1:1), Fermin Lopez, 59 (1:2)

“Barselona” mövsümü 85 xalla ikinci pillədə başa vurub. “Sevilya” isə 41 xalla 14-cü olub.