Qaynar xətt:

(+99450) 247 90 86

“İnter Mayami”də çıxış edən futbolçuların maaşları bəlli olub

“İnter Mayami”də çıxış edən futbolçuların maaşları bəlli olub

İDMAN

370

17.05.2024, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“İnter Mayami” klubunda oynayan ulduz futbolçuların illik maaşı məlum olub.

Məlumata görə, ulduz futbolçular arasında ən az maaş Luis Suaresə məxsusdur. O, Amerika klubundan illik 1,5 milyon avro gəlir əldə edir. Serxio Buskets isə illik  8,7 milyon avroluq müqavilə imzalayıb.

Argentinalı super ulduz Lionel Messi isə komandada ən çox maaş alan futbolçudur. Təcrübəli futbolçu illik 20,4 milyon avro qazanc əldə edir.

Qeyd edək ki, Lionel Messi karyerasını başa vurduqdan sonra “İnter Mayami” klubunun idarə heyətinin üzvlərindən biri olacaq.