Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonun polis rəisi vəzifəsindən azad olundu - ƏMR

Bu rayonun polis rəisi vəzifəsindən azad olundu - ƏMR

HÜQUQ

863

05.02.2022, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan MR Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Oxu24.com-un  Manset.az-a istinadən verdiyi məlumata görə, Naxçıvan MR Daxili İşlər naziri vəzifəsini icra edən, polis polkovniki Rəşad İsmayılovun müvafiq əmri ilə Naxçıvan MR Culfa Rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şərif Hüseynəliyev tutduğu vəzifəsindən azad olunub. Şərif Hüseynəliyevin səlahiyyətləri hazırda polis şöbəsinin rəis müavini, polis mayoru Elməddin Zeynalova həvalə olunub. 

Qeyd edək ki, vəzifəsindən azad olunan Şərif Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının keçmiş Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun yaxın adamı hesab olunurdu.