Nikahdan əvvəl alınan evin taleyi necə olur?
06 Noyabr 2026, 23:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
853
20.12.2021, 23:14
Noyabrın 30-da qəzaya düşən helikopterdən sağ xilas olan ekipaj üzvləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar.
Oxu24.com xəbər verir ki, bu barədə Ə.Əliyev özü məlumat verib.
Emil Cəfərov iddia ərizəsində qeyd edib ki, Ə,Əliyev "Osmanqızı Tv"də dekabrın 9-da çıxışı zamanı onlar barəsində yalan məlumat yayıb. Buna görə də Ə.Əliyevin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Hazırda işə Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatında baxılır.
Əli Əliyev qeyd edib ki, onunla bağlı oxşar daha bir iddia var. Bu işə isə Yasamal rayon məhkəməsində hakim Rauf Daşdəmirov baxır: "Bu barədə rəsmi məlumatlandırılmasam da, ehtimal edirəm ki, bu da qəzadan sağ qalan digər əməkdaş Ramin Ədilovdur".
Qeyd edək ki, Əli Əliyev müsahibəsində helikopterdə olan digər şəxslərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib. Tərəflər də buna görə partiya sədrini məhkəməyə veriblər.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14 nəfəri şəhid olub, iki nəfər isə yaralanıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
18:11 / 08 Noyabr 2026
7
18:09 / 08 Noyabr 2026
12
17:43 / 08 Noyabr 2026
81
17:41 / 08 Noyabr 2026
78
17:27 / 08 Noyabr 2026
180
17:23 / 08 Noyabr 2026
97
17:20 / 08 Noyabr 2026
768
17:18 / 08 Noyabr 2026
69
17:14 / 08 Noyabr 2026
88
16:34 / 08 Noyabr 2026
2106
16:25 / 08 Noyabr 2026
89
16:12 / 08 Noyabr 2026
192
16:06 / 08 Noyabr 2026
201
15:17 / 08 Noyabr 2026
170
15:13 / 08 Noyabr 2026
836
14:59 / 08 Noyabr 2026
142
14:54 / 08 Noyabr 2026
142
14:49 / 08 Noyabr 2026
138
14:44 / 08 Noyabr 2026
295
14:31 / 08 Noyabr 2026
142
13:45 / 08 Noyabr 2026
340
13:35 / 08 Noyabr 2026
831
13:21 / 08 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.