Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3107
22.11.2020, 09:32
Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci il tarixdə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan Oxu24.com-a bildirilib ki, müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib: "Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ ilk gündən Müvəkkilin diqqət mərkəzindədir və bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb".
18:40 / 15 Noyabr 2026
1
18:05 / 15 Noyabr 2026
82
17:53 / 15 Noyabr 2026
183
17:43 / 15 Noyabr 2026
407
17:16 / 15 Noyabr 2026
375
17:12 / 15 Noyabr 2026
1762
17:09 / 15 Noyabr 2026
85
15:50 / 15 Noyabr 2026
104
15:25 / 15 Noyabr 2026
132
15:15 / 15 Noyabr 2026
128
14:47 / 15 Noyabr 2026
174
14:34 / 15 Noyabr 2026
358
14:25 / 15 Noyabr 2026
148
14:19 / 15 Noyabr 2026
123
14:02 / 15 Noyabr 2026
491
13:27 / 15 Noyabr 2026
364
12:55 / 15 Noyabr 2026
1704
12:36 / 15 Noyabr 2026
413
12:28 / 15 Noyabr 2026
174
12:11 / 15 Noyabr 2026
152
11:52 / 15 Noyabr 2026
226
11:43 / 15 Noyabr 2026
151
11:29 / 15 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.