Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
22 May 2026, 19:18
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
922
11.10.2020, 17:10
Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə oktyabrın 11-də gecə saat 2 radələrində xalqımıza qarşı növbəti qanlı terror aktı törədilib, Azərbaycanın cəbhə zonasından xeyli məsafədə yerləşən ikinci böyük şəhəri, 500 mindən çox əhalisi olan qədim Gəncə şəhəri düşmən tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə ilkin məlumata görə 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəqiqləşdirmələr aparılır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 11-də Gəncə Şəhər Prokurorluğunun inzibati binasında yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransında deyib.
“Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisə yerində fəal istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlıq və bəşəriyyət əleyhinə törətdiyi bu dəhşətli cinayət tədbirinə görə onların məsuliyyətə cəlb olunmaları üçün tərəfimizdən bütün zəruri beynəlxalq və daxili hüquqi vasitələrdən istifadə ediləcək”.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
01:03 / 23 May 2026
103
00:16 / 23 May 2026
133
00:09 / 23 May 2026
144
00:06 / 23 May 2026
110
00:04 / 23 May 2026
68
00:00 / 23 May 2026
138
23:49 / 22 May 2026
93
23:45 / 22 May 2026
230
23:43 / 22 May 2026
157
23:38 / 22 May 2026
105
23:30 / 22 May 2026
168
23:30 / 22 May 2026
92
23:19 / 22 May 2026
103
23:18 / 22 May 2026
121
23:14 / 22 May 2026
114
23:02 / 22 May 2026
306
22:56 / 22 May 2026
84
22:56 / 22 May 2026
85
22:52 / 22 May 2026
149
22:47 / 22 May 2026
80
22:40 / 22 May 2026
215
22:34 / 22 May 2026
857
22:16 / 22 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.