Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1537
03.10.2020, 22:23
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdur.
Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, son günlər daxil olan məlumatlara əsasən, cəbhəboyu zonada vəziyyət haqqında bəzi şəxslər, xüsusilə də sosial media və digər rəqəmsal platforma istifadəçiləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti, silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılması halları müşahidə edilir.
Əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Hazırda ordumuzun uğurlu hərbi əməliyyatlar apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi və ərazilərimizi işğaldan azad etdiyi bir dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq.
12:32 / 16 Noyabr 2026
3
12:27 / 16 Noyabr 2026
32
12:18 / 16 Noyabr 2026
178
12:16 / 16 Noyabr 2026
60
12:12 / 16 Noyabr 2026
69
12:08 / 16 Noyabr 2026
80
12:04 / 16 Noyabr 2026
330
12:03 / 16 Noyabr 2026
60
11:58 / 16 Noyabr 2026
65
11:51 / 16 Noyabr 2026
110
11:44 / 16 Noyabr 2026
87
11:40 / 16 Noyabr 2026
72
11:33 / 16 Noyabr 2026
70
11:26 / 16 Noyabr 2026
99
11:20 / 16 Noyabr 2026
78
11:11 / 16 Noyabr 2026
79
11:06 / 16 Noyabr 2026
83
11:01 / 16 Noyabr 2026
83
10:57 / 16 Noyabr 2026
110
10:46 / 16 Noyabr 2026
85
10:41 / 16 Noyabr 2026
147
10:40 / 16 Noyabr 2026
117
10:37 / 16 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.