Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35518
az

SON DƏQİQƏ! Azərbaycan Ermənistana cinayət işi açdı

15:4915 İyul, 2020
578
HÜQUQ
  • A

2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq müxtəlif növ artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmuşlar.

Bu barədə  Oxu24.com-a  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törətmişlər.

Belə ki, iyulun 14-də saat 15 radələrində Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnmiş və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara  xeyli miqdarda ziyan vurulmuşdur.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilməklə maddi sübutlar toplanılmış, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...