Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA
16 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3210
15.07.2020, 12:41
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ötən gün Bakıda Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı məlumat yayıb.
Oxu24.com- a daxil olan birgə məlumatda qeyd olunur ki, cari il iyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşmışlar.
Sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd etmiş, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərmişlər. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınmış, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulmuşdur.
Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilmişdir.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılmışdır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.
16:21 / 17 Noyabr 2026
1
16:12 / 17 Noyabr 2026
41
15:57 / 17 Noyabr 2026
61
15:43 / 17 Noyabr 2026
71
15:12 / 17 Noyabr 2026
93
15:07 / 17 Noyabr 2026
81
14:52 / 17 Noyabr 2026
85
14:35 / 17 Noyabr 2026
90
14:15 / 17 Noyabr 2026
87
14:02 / 17 Noyabr 2026
98
13:57 / 17 Noyabr 2026
107
13:45 / 17 Noyabr 2026
106
13:24 / 17 Noyabr 2026
123
13:22 / 17 Noyabr 2026
137
12:58 / 17 Noyabr 2026
142
12:55 / 17 Noyabr 2026
147
12:43 / 17 Noyabr 2026
144
12:25 / 17 Noyabr 2026
140
12:05 / 17 Noyabr 2026
787
11:58 / 17 Noyabr 2026
135
11:56 / 17 Noyabr 2026
398
11:28 / 17 Noyabr 2026
123
11:00 / 17 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.