Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA
16 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1421
11.07.2020, 14:47
Onun əsas adamı sorğulanır; bütün zavodlarında vergi yoxlamaları gedir...
“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun başı dərddədir. Onun nəzarətindəki bütün zavodlarda vergi və güc strukturlarının nümayəndələri araşdırmalar aparır. Həbslərin olacağı, illərlə inhisarda olan metallurgiya sahəsinin, nəhayət ki, məmur-oliqarx inhisarından çıxarılacağı gözlənilir.
Rasim Məmmədovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Onun digər sahibkarlara, Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, bununla kifayətlənməyərək müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri ümumilikdə bu sahədə durğunluq yaradıb. Rasim Məmmədovun Zülfüqarlı qardaşlarından zor gücünə aldığı zavodları lerikli çoban Gəray Məmmədovun adına keçirib onun arxasında gizlənməsi də yaddaşlardan silinməyib.
Onun artıq “Baku Steel Compani”yə əvvəllər olduğu kimi tez-tez gedib-gəlməməsində belə məqamların rol aldığı istisna edilmir. Sonuncu dəfə Rasim Məmmədov BSC-də ötən ay olub. Həmin vaxt “Baku Steel Company”yə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi əməkdaşlarının qəfil gəlişi Rasim Məmmədovu çaşqın duruma salıb. Rasim Məmmədov zavodda vergi əməkdaşları ilə görüşməkdən yayınıb və tələsik “Baku Steel Compani”ni tərk edib. Bundan başqa, məlumata görə, həm Sumqayıt Boruyayma Zavodu, həm də “Baku Steel Company” MMC bir çox şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə qəsdən əməl etmirlər. Bununla yanaşı, onları qara metal qırıntıları (metallom) ilə təchiz edən xeyli sayda insanın da borclarını ödəmirlər. Həmin şirkətlərin və borcunu tələb edən insanların bir neçəsinin məhkəmələrə iddialar verdiyi, eyni zamanda, dövlət qurumlarına müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş etdikləri də gələn məlumatlar sırasındadır. İddia olunur ki, araşdırmalar çərçivəsində Sumqayıt Boruyayma Zavodunun direktoru Bahadur Əliyev də bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən sorğulanıb. Bu sorğulamaların nəticəsi olaraq Bahadur Əliyev anlayıb ki, Rasim Məmmədovun mövqeyi sağlam deyil, məhz ona görə də istefa ərizəsini yazıb və işdən gedib. Bundan sonra Rasim Məmmədov Yaşar Abbasəliyevi Sumqayıt Boru zavoduna direktor təyin edib. Məlumatda Yaşar Abbasəliyevin bu vəzifəyə təyinatının təsadüfi olmadığı bildirilir. Abbasəliyevin Rasim Məmmədovun məhkəmələrdə himayə edən şəxslə qohumluq əlaqələri olduğu deyilir.
Zülfüqarlı qardaşları Prezidentə və Birinci vitse-prezidentə şok ...
Məmmədovla dəstəkçinin qeyri-qanuni əməllərindən ən çox zərər çəkmiş sahibkarların sırasında ilk yerdə tanınmış iş adamları olan Zülfüqarlı qardaşlarıdır. “Xural TV”-nin məlumatına görə, Rasim Məmmədov təkcə zavodları deyil, qardaşlara məxsus olan digər ofis binalarını, istehsal sahəsini və dəyəri milyonlarla manat təşkil edən maşın və texnikaları, mal və materialları da qardaşların əllərindən zorla alıb. Həm də bunu açıq şəkildə - “reketliklə” ediblər. Belə ki, Rasim Məmmədovun mətbuatda da şəkilləri yayılan, “mühafizəçi” adı altında saxladığı silahlı dəstəsi Zülfüqarlı qardaşlarının zavodlarına silahlı basqın ediblər. Rasim Məmmədov Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını təhdid edərək, onlardan faizə işləməyi tələb edib.
Qardaşlar isə təbii ki, öz açdıqları zavodda faizə işləməyi qəbul etməyiblər. Bundan sonra isə heç bir günahları olmadıqları halda qardaşları həbs etdiriblər. Həbsxanada onlara təzyiq edərək bildiriblər ki, “ya ömür boyu həbsdə çürüyəcəksiz, ya da zavodları verib ölkəni tərk edəcəksiniz”. Qardaşları digər ailə üzvlərini də həbs etməklə şantaj ediblər. Nəticədə Zülfüqarlı qardaşlarını ağ kağıza qol çəkdirib, sonra da onların bütün əmlaklarını əllərindən alıb, ölkədən didərgin salıblar.
Keçmiş oliqarxların, Zülfüqarlı qardaşlarının ailəsində nə baş ...
Yəni yalnız “Bakı Poladtökmə” ASC-ni və “Bakı Elektroştamp” ASC-ni deyil, Zülfüqarlı qardaşlarının bütün biznesini, təxminən 15-ə yaxın istehsal müəssisəsini, əmlaklarını əlindən alıblar. Minlərlə insan işsiz buraxılıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Zülfüqarlı qardaşları bütün çətin zamanlarda Azərbaycan dövlətinin yanında olublar. Onlar vaxtilə mərhum prezident Heydər Əliyevin dəvəti ilə Moskvada işlərini buraxaraq, Azərbaycana gəliblər. Ölkədə azad sahibkarlığın inkişafı üçün böyük işlər görüblər. Bir çox zavodu, o cümlədən “Bakı Poladtökmə” ASC-ni və “Bakı Elektroştamp” ASC-ni, demək olar ki, tam yenidən qurublar. Törədilmiş bütün bu qanunsuzluqlarla bağlı qardaşlar məhkəmələrə bir neçə dəfə ayrı-ayrı iddialarla müraciətlər etsələr də, onların iddiaları əsassız olaraq rədd edilib. Əksinə, Rasim Məmmədovun heç bir əsasa və sübuta söykənməyən iddiaları isə dərhal təmin edilibdir və ədalətsiz qərarlar çıxarılıbdır.
Zaur Qəriboğlu ölümlə hədələndi - DİN hərəkətə keçdi! » Demokratik.Az
Zaur Qəriboğlu
Bu arada Rasim Məmmədov, barəsindəki həqiqətlərin ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün də hərəkətə keçib. Ötən ay “Baku Steel Company”nin rəhbəri “Reaksiya TV”-nin rəhbəri Zaur Qəriboğluna, “Bakı Poladtökmə” zavodunun keçmiş direktoru Ramiz Əhmədov və keçmiş hüquqşünas Vahid Rəsulova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi illər sonra Rasim Məmmədovun iddia ərizəsini ilk dəfə əsassız hesab edib. Ancaq elə həmin məhkəmədə Məmmədovun vəkilləri Nazim Əliyev və Abbas Abbasquliyev orada iştirak edən şəxslərin yanında bildiriblər ki, digər məhkəmələrdə istədikləri qərarı alacaqlar. Artıq bu istiqamətdə addım atılıb. Rasim Məmmədov Səbayel Rayon Məhkəməsinə mülki qaydada iddia verib.
Bu, R.Məmmədovun mətbuata qarşı ilk hücumu deyil. Belə ki, o, buna qədər “Yeni Müsavat” qəzetinə, “AzPolitika.info” saytına və başqalarına qarşı da iddia qaldıraraq, yüksək miqdarda təzminat tələb edib. R.Məmmədovun öz çirkin əməllərindən əl çəkməməsinin səbəbi himayəçisinin diktəsi ilə hakimlərin hər zaman onun istədiyi qərarları çıxarması ilə bağlıdır. Belə məhkəmə qərarlarından biri hazırda Ali Məhkəmədə icraatdadır...
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
18:28 / 17 Noyabr 2026
23
18:21 / 17 Noyabr 2026
39
17:59 / 17 Noyabr 2026
73
17:49 / 17 Noyabr 2026
72
16:51 / 17 Noyabr 2026
97
16:34 / 17 Noyabr 2026
111
16:29 / 17 Noyabr 2026
101
16:21 / 17 Noyabr 2026
115
16:12 / 17 Noyabr 2026
104
15:57 / 17 Noyabr 2026
114
15:43 / 17 Noyabr 2026
122
15:12 / 17 Noyabr 2026
135
15:07 / 17 Noyabr 2026
128
14:52 / 17 Noyabr 2026
163
14:35 / 17 Noyabr 2026
177
14:15 / 17 Noyabr 2026
138
14:02 / 17 Noyabr 2026
172
13:57 / 17 Noyabr 2026
160
13:45 / 17 Noyabr 2026
168
13:24 / 17 Noyabr 2026
142
13:22 / 17 Noyabr 2026
191
12:58 / 17 Noyabr 2026
168
12:55 / 17 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.