Bələdiyyələrin məcburi səlahiyyətləri hansılardır? -SİYAHI
03 Fevral 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1103
10.03.2020, 16:48
Baş prokurorluq 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.
Baş prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com-a daxil olan məlumata görə, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.
A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetiriib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.
İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərmişdir.
A.Ələkbərova hadisədən əvvəl özünə məxsus “facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşmışdır.
Həmçinin oxuyun
İlkin istintaqla müəyyən edilmişdir ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak etmiş və aksiyada əlində tutduğu şüarda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalmışdır.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
14:59 / 05 Fevral 2026
25
14:56 / 05 Fevral 2026
169
14:54 / 05 Fevral 2026
38
14:36 / 05 Fevral 2026
41
14:27 / 05 Fevral 2026
46
14:19 / 05 Fevral 2026
199
13:55 / 05 Fevral 2026
2431
13:41 / 05 Fevral 2026
742
13:34 / 05 Fevral 2026
107
13:30 / 05 Fevral 2026
71
13:23 / 05 Fevral 2026
105
13:18 / 05 Fevral 2026
129
13:16 / 05 Fevral 2026
82
13:10 / 05 Fevral 2026
80
13:09 / 05 Fevral 2026
71
13:07 / 05 Fevral 2026
93
13:03 / 05 Fevral 2026
498
13:01 / 05 Fevral 2026
90
12:58 / 05 Fevral 2026
70
12:51 / 05 Fevral 2026
270
12:41 / 05 Fevral 2026
243
12:38 / 05 Fevral 2026
111
12:08 / 05 Fevral 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.