Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
326
13.08.2026, 15:40
İşdən çıxarılmaq və gəlir mənbəyini itirmək bir çox vətəndaş üçün ciddi maliyyə çətinlikləri yaradır. Xüsusilə üzərində bank krediti olan və ailədə yalnız özü çalışan şəxslər işsiz qaldıqdan sonra kredit ödənişlərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq keçirirlər. Belə vəziyyətlərdə ən çox verilən suallardan biri də işdən çıxarılmanın kredit öhdəliyinə təsir edib-etməməsidir.
Hüquqşünasların izahına görə, şəxsin işdən çıxarılması və ya işsiz qalması, bir qayda olaraq, əvvəldən bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin avtomatik olaraq aradan qalxmasına səbəb olmur. Yəni vətəndaş kredit götürdükdən sonra işini itirirsə, bu hal onun banka olan borcunun silinməsi və ya kredit ödənişlərindən azad edilməsi üçün hüquqi əsas hesab edilmir. Kredit müqaviləsi qüvvədə qaldığı müddətdə borcalanın müqavilə üzrə öhdəlikləri də davam edir.
Mütəxəssisin sözlərinə görə, işsiz qalan və kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkən şəxsin ilk növbədə banka müraciət etməsi daha məqsədəuyğundur. Vətəndaş mövcud vəziyyətini banka izah edərək kredit müqaviləsinin şərtlərinə yenidən baxılmasını və mümkün güzəştlərin tətbiq edilməsini xahiş edə bilər.Belə hallarda tərəflər arasında razılaşma əldə olunarsa, kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilə bilər. Məsələn, kreditin müddətinin uzadılması, aylıq ödəniş məbləğinin azaldılması və digər mümkün variantlar müzakirə oluna bilər. Lakin bu imkanların tətbiqi avtomatik hüquq kimi qiymətləndirilməməlidir. Konkret qərar bankın daxili qaydalarından, kredit müqaviləsinin şərtlərindən və borcalanın maliyyə vəziyyətindən asılı ola bilər.
Digər tərəfdən, vətəndaşın işini itirməsi bankın kredit öhdəliyinin məsuliyyətini öz üzərinə götürməsi anlamına gəlmir. Qanunvericilikdə ümumi qayda olaraq “şəxs işləyərkən kredit götürüb, sonradan işdən çıxarılıbsa, həmin krediti başqa şəxs və ya dövlət ödəməlidir” məzmununda bir mexanizm nəzərdə tutulmayıb.Buna görə də işdən çıxarılan və gəliri azalan şəxsin banka müraciəti gecikdirməməsi vacibdir. Çünki ödənişlərin davamlı şəkildə gecikdirilməsi əlavə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər. Borcalan banka müraciət edərək öz vəziyyətinə uyğun həll yolunun müəyyənləşdirilməsini, kreditin restrukturizasiyasının mümkün olub-olmadığını və ödəniş qrafikinin dəyişdirilməsi imkanlarını öyrənə bilər.
Mütəxəssislər həmçinin vətəndaşlara kredit müqaviləsinin şərtlərini diqqətlə nəzərdən keçirməyi, ödəniş imkanları məhdudlaşdıqda bankla yazılı şəkildə əlaqə saxlamağı və razılaşmanın şərtlərini sənədləşdirməyi tövsiyə edirlər. Belə yanaşma gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin qarşısının alınması baxımından da əhəmiyyətlidir.
00:30 / 14 Oktyabr 2026
361
00:28 / 14 Oktyabr 2026
136
00:11 / 14 Oktyabr 2026
134
00:09 / 14 Oktyabr 2026
92
23:55 / 13 Oktyabr 2026
179
23:55 / 13 Oktyabr 2026
79
23:55 / 13 Oktyabr 2026
90
23:54 / 13 Oktyabr 2026
86
23:43 / 13 Oktyabr 2026
82
23:41 / 13 Oktyabr 2026
118
23:33 / 13 Oktyabr 2026
87
23:24 / 13 Oktyabr 2026
453
23:15 / 13 Oktyabr 2026
166
23:02 / 13 Oktyabr 2026
252
22:57 / 13 Oktyabr 2026
112
22:49 / 13 Oktyabr 2026
213
22:47 / 13 Oktyabr 2026
134
22:43 / 13 Oktyabr 2026
103
22:25 / 13 Oktyabr 2026
731
22:19 / 13 Oktyabr 2026
488
22:18 / 13 Oktyabr 2026
97
22:10 / 13 Oktyabr 2026
364
22:02 / 13 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.