Ali Məhkəmədən AÇIQLAMA
04 Noyabr 2026, 12:23
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2523
11.06.2026, 15:15
Avtoxuliqanlıqla bağlı qanuni məqamlar
Son dövrlərdə yol hərəkəti qaydalarının pozulması və avtoxuliqanlıq halları ilə bağlı cəmiyyətdə müzakirələr artmaqdadır. Xüsusilə sürücülərin hansı hallarda avtoxuliqan hesab olunması və bu zaman tətbiq edilən prosedurlar barədə suallar tez-tez gündəmə gəlir.
Bu barədə Oxu24.com-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, avtoxuliqanlıq anlayışı qanunvericilikdə konkret şəkildə müəyyən olunub və hər bir yol hərəkəti pozuntusu bu kateqoriyaya aid edilə bilməz.
Hüquqşünasın sözlərinə görə, avtoxuliqanlıq dedikdə əsasən ictimai təhlükəsizliyi kobud şəkildə pozan və cəmiyyət üçün real risk yaradan davranışlar nəzərdə tutulur. Bunlara, məsələn, iki və ya daha çox nəqliyyat vasitəsinin iştirak etdiyi qanunsuz yarışların təşkili, yüksək sürətlə və idarəetməni itirmə riski yaradan hərəkətlər, eləcə də avtomobilin təhlükəli manevrlərlə – məsələn, təkər üzərində və ya idarəetməni çətinləşdirən formada idarə olunması kimi hallar daxildir.
Şamil Paşayev vurğulayıb ki, hər bir halda avtoxuliqanlıqla bağlı sübutlar qanunvericiliyə uyğun şəkildə toplanmalıdır. Bu zaman əsas sübutlar yol hərəkəti təhlükəsizliyinə nəzarət kameraları, şəhər müşahidə sistemləri və yol patrul xidməti avtomobillərindəki qeydiyyat qurğuları vasitəsilə əldə olunmalıdır.
Oxu: Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
Hüquqşünas qeyd edib ki, digər şəxslər tərəfindən telefonla çəkilən görüntülər və ya qeyri-rəsmi yollarla əldə edilən videolar təkbaşına sübut kimi qəbul edilə bilməz və onların hüquqi qiymətləndirilməsi məhkəmə tərəfindən ayrıca araşdırılır.
Eyni zamanda, avtoxuliqanlıqla bağlı saxlanılan sürücülərlə davranış qaydalarına da toxunulub. Bildirilib ki, saxlanılan şəxsə qarşı prosessual qaydalar pozulmamalı, inzibati protokol qanunla müəyyən edilmiş qaydada və vaxtında tərtib olunmalıdır. Şəxsin hansısa “otağa aparılması” və ya qeyri-rəsmi şəraitdə saxlanılması hüquqi prosedurlara uyğun hesab edilmir.
Ekspertin sözlərinə görə, avtoxuliqanlıq halları yalnız qanunda nəzərdə tutulmuş konkret əlamətlər olduqda təsdiqlənə bilər və hər bir hadisə fərdi qaydada araşdırılmalıdır. Sürücülər isə yol hərəkəti qaydalarına ciddi riayət etməli və öz hərəkətlərinin hüquqi nəticələrini nəzərə almalıdırlar.
Sonda hüquqşünas bildirib ki, yol təhlükəsizliyinin təmin olunması üçün həm nəzarət mexanizmlərinin gücləndirilməsi, həm də sürücülərin maarifləndirilməsi vacibdir.
Jalə
12:35 / 04 Noyabr 2026
1
12:29 / 04 Noyabr 2026
39
12:27 / 04 Noyabr 2026
34
12:23 / 04 Noyabr 2026
32
12:19 / 04 Noyabr 2026
34
12:10 / 04 Noyabr 2026
169
12:00 / 04 Noyabr 2026
60
11:52 / 04 Noyabr 2026
303
11:48 / 04 Noyabr 2026
110
11:39 / 04 Noyabr 2026
89
11:32 / 04 Noyabr 2026
86
11:25 / 04 Noyabr 2026
82
11:18 / 04 Noyabr 2026
377
11:14 / 04 Noyabr 2026
252
11:10 / 04 Noyabr 2026
74
11:06 / 04 Noyabr 2026
76
11:05 / 04 Noyabr 2026
70
11:03 / 04 Noyabr 2026
79
11:02 / 04 Noyabr 2026
102
10:50 / 04 Noyabr 2026
81
10:46 / 04 Noyabr 2026
949
10:39 / 04 Noyabr 2026
89
10:28 / 04 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.