Ata vəfat edibsə, nənənin evindən nəvəyə pay düşürmü?
20 Avqust 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
684
30.05.2026, 20:44
Azərbaycanda aliment öhdəliyi yalnız ölkə daxilində yaşayan şəxslərə deyil, xaricdə yaşayan şəxslərə də şamil olunur. Təcrübədə tez-tez rast gəlinən hallardan biri aliment ödəməli şəxsin xarici ölkədə yaşaması və ödənişdən yayınmasıdır. Belə vəziyyətdə aliment alan şəxsin hüquqları qanunvericiliklə qorunur və müxtəlif hüquqi mexanizmlər tətbiq edilir.
Oxu24.com-un Hüquqşünas TV ilə əməkdaşlığı çərçivəsində vəkil Ayət Abbasova xaricdə yaşayan və aliment ödənişindən yayınan şəxslərlə bağlı hüquqi prosedurları açıqlayıb.
Mövzu ilə bağlı vəkil Aytən Abbasova bildirib ki, aliment ödəməkdən yayınan şəxs barəsində ilk növbədə məcburi icra tədbirləri həyata keçirilir. Bu tədbirlərə şəxsin ölkədə olan əmlakına və bank hesablarına həbs qoyulması, ölkəyə giriş-çıxışına məhdudiyyət tətbiq edilməsi və digər icra tədbirləri daxildir.
Əgər borclu şəxs aliment ödənişindən qəsdən yayınırsa, həmin şəxs inzibati və hətta cinayət məsuliyyətinə də cəlb oluna bilər. Belə hallarda onun barəsində axtarış elan edilməsi mümkündür. Zəruri hallarda beynəlxalq axtarış, o cümlədən İnterpol xətti ilə axtarış məsələsi də gündəmə gələ bilər.
Vəkilin sözlərinə görə, xarici ölkədə yaşayan şəxsdən alimentin tutulması beynəlxalq hüquqi yardım mexanizmləri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının bir sıra ölkələrlə, xüsusilə MDB dövlətləri və Türkiyə ilə hüquqi yardım haqqında müqavilələri mövcuddur. Bu müqavilələr əsasında Azərbaycan məhkəmələrinin alimentlə bağlı qərarları həmin ölkələrdə tanına və icra edilə bilər.
Bu zaman icra vərəqəsi və digər zəruri sənədlər aidiyyəti qaydada xarici dövlətin səlahiyyətli orqanlarına göndərilir. Nəticədə borclu şəxsin xarici ölkədəki maaşına, bank hesablarına və ya digər gəlirlərinə yönəlmə tətbiq oluna bilər.
Aytən Abbasova qeyd edib ki, belə işlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə rəsmi müraciət olunması mühüm əhəmiyyət daşıyır. Həmin idarə vasitəsilə sənədlərin xarici ölkələrin aidiyyəti orqanlarına göndərilməsi və məhkəmə qərarlarının icrasının təşkili həyata keçirilir.
Hüquqşünasların fikrincə, aliment alan şəxslər bu cür hallarda vaxt itirmədən icra məmuruna və aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Çünki beynəlxalq icra prosedurları müəyyən vaxt tələb etsə də, qanunvericilik aliment öhdəliyindən yayınan şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verir.
Jalə
00:06 / 21 Avqust 2026
57
00:02 / 21 Avqust 2026
71
23:56 / 20 Avqust 2026
104
23:51 / 20 Avqust 2026
72
23:30 / 20 Avqust 2026
538
23:29 / 20 Avqust 2026
30
23:29 / 20 Avqust 2026
55
23:11 / 20 Avqust 2026
390
22:55 / 20 Avqust 2026
97
22:02 / 20 Avqust 2026
110
21:50 / 20 Avqust 2026
67
21:38 / 20 Avqust 2026
85
21:24 / 20 Avqust 2026
188
20:56 / 20 Avqust 2026
87
20:20 / 20 Avqust 2026
65
20:05 / 20 Avqust 2026
93
19:43 / 20 Avqust 2026
88
19:29 / 20 Avqust 2026
74
19:09 / 20 Avqust 2026
129
18:58 / 20 Avqust 2026
161
18:49 / 20 Avqust 2026
115
18:41 / 20 Avqust 2026
88
18:35 / 20 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.