Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
852
19.01.2026, 22:55
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri məhkəmədə iştirak etmədikləri üçün proses fevralın 9-da davam etdiriləcək”.
Bunu Musavat.com-a açıqlamasında şair İlham Qəhrəman AYB ilə davam edən məhkəmə çəkişməsi barədə danışarkən deyib.
Şair bildirib ki, Sabunçu Rayon Məhkəməsinin AYB-nin iddiası üzrə çıxardığı qərardan apellyasiya şikayəti verib və fevral ayında işə yenidən baxılacaq:
“Hakim və onun köməkçiləri məni dinlədilər. Dedilər ki, AYB-nin nümayəndəsi məhkəmədə iştirak etmədiyinə görə proses təxirə salınır”.
İlham Qəhrəman deyib ki, birinci instansiya məhkəməsində linqvistik ekspertiza onun yazısının araşdırılmalı olduğunu göstərsə də, bu istiqamətdə hər hansı addım atılmayıb:
“Yazıçı Anarın ətrafında ədəbiyyatın xırmanında olmayıb, təhnəsindən yeyən xeyli adam var. Elə şəxslər var ki, AYB-dən bir neçə mənzil alıblar. Onların adları yenə siyahılara düşüb, amma biz zirzəmidə yaşaya-yaşaya siyahıdan kənarda qalmışıq. Anar AYB-nin adına müxtəlif yerlərdən torpaq alıb kiməsə verir və faizini götürür. Birinci instansiya məhkəməsində linqvistik ekspertiza mənim yazımın araşdırılmalı olduğunu desə də, bunu edən olmadı”.
Şairin sözlərinə görə, hakim ona bütün bu iddiaları bilə-bilə niyə vaxtında məhkəməyə müraciət etmədiyini də sual edib:
“Belə çıxır ki, AYB məni qabaqlayıb”.
Qeyd edək ki, ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə AYB-nin iddiası qismən təmin olunub.
Qərara əsasən, İlham Qəhrəman 500 manat məbləğində təzminat ödəməli, yazının dərc olunduğu saytda təkzib və üzr dərc edilməli, material isə saytdan silinməlidir. Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi.
İlham Qəhrəman bu qərardan narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə şikayət edib.
Xatırladaq ki, ötən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı proseslərdə haqsızlığa məruz qaldığını açıqlamışdı. Məqalədə səsləndirilən iddialarla bağlı AYB və qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.
17:18 / 14 Noyabr 2026
1
17:15 / 14 Noyabr 2026
13
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
100
15:27 / 14 Noyabr 2026
250
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
215
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
114
14:24 / 14 Noyabr 2026
610
14:19 / 14 Noyabr 2026
115
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
257
13:50 / 14 Noyabr 2026
2725
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
136
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
149
12:25 / 14 Noyabr 2026
137
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.