Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1108
14.01.2026, 19:47
Aliment ödənilməsinə görə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?
Cəmiyyətdə tez-tez müzakirə olunan hüquqi məsələlərdən biri də aliment öhdəliyinin yerinə yetirilməməsi və bunun hansı məsuliyyətə səbəb olmasıdır. Qanunvericilik alimentin ödənilməsini uşağın və ya təminat alan şəxsin əsas hüquqlarından biri kimi müəyyən edir və bu öhdəliyin pozulması ciddi hüquqi nəticələr yarada bilər.
Oxu24.com xəbər verir ki,alimenti ödəməkdən qəsdən yayınan şəxs barəsində qanunla nəzərdə tutulmuş məcburetmə tədbirləri tətbiq oluna bilər.
Belə ki, nikaha xitam verildikdən sonra məhkəmə qərarı ilə müəyyən edilmiş aliment borcu ödənilmədikdə və ya tam ödənilmədikdə, qarşı tərəfin şikayəti əsasında icra məmuru tərəfindən borclu şəxsə alimentin ödənilməsi barədə bir neçə dəfə rəsmi xəbərdarlıq edilir.
Xəbərdarlıqlara baxmayaraq aliment borcu yenə də ödənilməzsə, icra məmurunun təqdimatı əsasında borclu şəxs barəsində məcburi gətirilmə tədbiri tətbiq oluna və eyni zamanda cinayət təqibinə başlanılması üçün materiallar aidiyyəti üzrə göndərilə bilər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə (məhkəmə qərarını, hökmünü və ya digər məhkəmə aktını qəsdən icra etməmə) əsasən, məhkəmə qərarını icra etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.
Bu maddəyə uyğun olaraq təqsirli şəxs 2 000 manatdan 4 000 manatadək cərimə, 320 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər.
Beləliklə, alimentin ödənilməməsi yalnız mülki-hüquqi məsuliyyətlə kifayətlənmir, müəyyən hallarda cinayət məsuliyyəti də yaradır. Bu baxımdan aliment öhdəliyi daşıyan şəxslər məhkəmə qərarlarına ciddi yanaşmalı və qanunla müəyyən edilmiş tələbləri vaxtında yerinə yetirməlidirlər.
Turan
20:50 / 14 Noyabr 2026
1
20:38 / 14 Noyabr 2026
39
20:23 / 14 Noyabr 2026
380
19:54 / 14 Noyabr 2026
61
19:50 / 14 Noyabr 2026
64
19:36 / 14 Noyabr 2026
1135
19:15 / 14 Noyabr 2026
113
19:12 / 14 Noyabr 2026
108
19:05 / 14 Noyabr 2026
105
18:50 / 14 Noyabr 2026
107
18:43 / 14 Noyabr 2026
120
18:21 / 14 Noyabr 2026
778
18:09 / 14 Noyabr 2026
132
18:06 / 14 Noyabr 2026
538
18:03 / 14 Noyabr 2026
110
17:18 / 14 Noyabr 2026
220
17:15 / 14 Noyabr 2026
126
16:20 / 14 Noyabr 2026
134
16:05 / 14 Noyabr 2026
183
15:45 / 14 Noyabr 2026
138
15:27 / 14 Noyabr 2026
315
15:25 / 14 Noyabr 2026
153
15:07 / 14 Noyabr 2026
333
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.