Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
692
14.01.2026, 17:42
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov hakim vəzifəsinə təyin edilənlərin arasında kollegiya üzvlərinin olması yüksək göstərici adlandırıb.
Oxu24.com-a VK-dan verilən məlumata görə, o, bu barədə hakim vəzifəsinə yeni təyin edilən vəkillərlə görüşü zamanı söyləyib.
Görüş zamanı kollegiyanın sədri Anar Bağırov bildirib ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir.
Dövlət başçısının 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən şəxslər arasında 8 nəfərin Vəkillər Kollegiyasının üzvü olduğunu nəzərə çatdıran sədr bunu yüksək göstərici kimi dəyərləndirib.
Qeyd olunub ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik və peşəkarlıq nümayiş etdirən Kollegiyanın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu Ağcabədi Rayon Məhkəməsinə, Əliyeva Aytəkin Güləli qızı Biləsuvar Rayon Məhkəməsinə, Qazıbəyov İbrahim Mehman oğlu Quba Rayon Məhkəməsinə, Maxsudova Ülkər Taleh qızı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə, Mirzəzadə Asim Vilayət oğlu Qax Rayon Məhkəməsinə, Mustafayev Cavidan Mustafa oğlu Laçın Rayon Məhkəməsinə, Səfərli Günel Adil qızı Qusar Rayon Məhkəməsinə, Süleymanov Cavid Loğman oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə Prezidentin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar.
Tədbirin sonunda Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə fəxri fərmanları təqdim edib.
21:02 / 14 Noyabr 2026
1
20:56 / 14 Noyabr 2026
29
20:50 / 14 Noyabr 2026
39
20:38 / 14 Noyabr 2026
57
20:23 / 14 Noyabr 2026
518
19:54 / 14 Noyabr 2026
65
19:50 / 14 Noyabr 2026
69
19:36 / 14 Noyabr 2026
1217
19:15 / 14 Noyabr 2026
116
19:12 / 14 Noyabr 2026
109
19:05 / 14 Noyabr 2026
106
18:50 / 14 Noyabr 2026
110
18:43 / 14 Noyabr 2026
122
18:21 / 14 Noyabr 2026
804
18:09 / 14 Noyabr 2026
133
18:06 / 14 Noyabr 2026
550
18:03 / 14 Noyabr 2026
111
17:18 / 14 Noyabr 2026
223
17:15 / 14 Noyabr 2026
130
16:20 / 14 Noyabr 2026
135
16:05 / 14 Noyabr 2026
185
15:45 / 14 Noyabr 2026
139
15:27 / 14 Noyabr 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.