Ömürlük cəza kimlərə şamil olunmur? – Qanunun tələbləri və vacib təfərrüatlar
14 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1326
18.08.2025, 12:20
Ötən gün sosial şəbəkələrdə yayılan ərəb turistlər tərəfindən Azərbaycan Şəhidlərinin məzarının təhqir olunması videosu narazılıq yaratdı.
Video yayıldıqdan az müddət keçməmiş Azərbaycan polisi dərhal hüquqi addımlar atdı.Xoşagəlməz görüntünü çəkib,yayan şəxslər saxlanıldı. İndi müzakirə mövzusu həmin şəxslərin hansı cəza alacağı məsələsidir.
Polis işini gördü.Cəmiyyətin kəskin reaksiyası nəzərə alındı və hər zaman olduğu kimi DİN əməkdaşları çevik reaksiya verdilər.Burada müzakirə olunacaq bir məsələ yoxdur. Bəs,növbəti addımlar nə olacaq,yaxud olmalıdır?
Mövzu ilə bağlı Şəhid mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğlu da mövqeyini bildirib.
Oxu24.com xəbər verir ki, Elyar islamoğlu bildirib ki, bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir.
"Ali Baş Komandanın və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var. Amma şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur.
Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir.
Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir.
Bütün şəhid ailələrinin adından təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin",-deyə Elyar islamoğlu bildirib.
Hazırladı: Miri Məcidli
00:19 / 15 Avqust 2026
95
23:55 / 14 Avqust 2026
140
23:32 / 14 Avqust 2026
84
23:27 / 14 Avqust 2026
74
23:02 / 14 Avqust 2026
83
22:30 / 14 Avqust 2026
124
22:17 / 14 Avqust 2026
115
21:48 / 14 Avqust 2026
125
21:38 / 14 Avqust 2026
135
21:23 / 14 Avqust 2026
87
21:12 / 14 Avqust 2026
120
21:06 / 14 Avqust 2026
116
20:52 / 14 Avqust 2026
90
20:42 / 14 Avqust 2026
106
20:23 / 14 Avqust 2026
113
20:15 / 14 Avqust 2026
126
19:49 / 14 Avqust 2026
102
19:27 / 14 Avqust 2026
76
19:20 / 14 Avqust 2026
299
19:04 / 14 Avqust 2026
95
18:52 / 14 Avqust 2026
129
18:15 / 14 Avqust 2026
107
18:04 / 14 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.