Keçmiş məmurun arvadı məhkəməyə gətirildi -İfadəsində nə deyib?
17 Oktyabr 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
721
15.08.2025, 10:37
Daxili İşlər Nazirliyi (DİN) həftəsonu istirahətə yollanacaq sürücülərə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.
Oxu24.com-a daxil olan müraciətdə deyilir ki, yay mövsümündə paytaxtdan bölgələrə səfər edənlərin sayı artır və ani diqqətsizlik tez-tez ağır nəticələrə səbəb olur.
Polis sürücüləri aşağıdakı qaydalara əməl etməyə çağırır:
- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;
- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
- təhlükəsizlik kəmərindən istifadə edin;
- sürət həddini aşmayın;
- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;
- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;
- ötmə qaydalarına uyğun davranın;
- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;
- mümkünsə günün erkən saatlarında yola çıxın.
“Əziz hərəkət iştirakçıları, yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur. Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir. Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə səsləyirik. Unutmayın, hər zaman iki seçim var: Ya yol hərəkəti qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!”-deyə DİN-in müraciətində qeyd olunub.
00:00 / 18 Oktyabr 2026
140
23:59 / 17 Oktyabr 2026
100
23:34 / 17 Oktyabr 2026
99
23:19 / 17 Oktyabr 2026
112
22:59 / 17 Oktyabr 2026
114
22:49 / 17 Oktyabr 2026
128
22:21 / 17 Oktyabr 2026
184
22:12 / 17 Oktyabr 2026
141
22:10 / 17 Oktyabr 2026
117
22:05 / 17 Oktyabr 2026
128
21:57 / 17 Oktyabr 2026
173
21:40 / 17 Oktyabr 2026
189
21:18 / 17 Oktyabr 2026
101
20:39 / 17 Oktyabr 2026
106
20:39 / 17 Oktyabr 2026
161
20:16 / 17 Oktyabr 2026
121
20:03 / 17 Oktyabr 2026
158
20:03 / 17 Oktyabr 2026
1890
19:50 / 17 Oktyabr 2026
115
19:38 / 17 Oktyabr 2026
333
19:38 / 17 Oktyabr 2026
157
19:32 / 17 Oktyabr 2026
1227
19:26 / 17 Oktyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.