Keçmiş məmurun arvadı məhkəməyə gətirildi -İfadəsində nə deyib?
17 Oktyabr 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
958
05.08.2025, 11:19
Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldə etmək hüququna malikdir. Bu hüquq qanunla təmin edilir və şəxsin müəyyən şərtləri ödəməsi şərti ilə tətbiq olunur.
Mülki silah nədir?
Mülki silah dedikdə özünümüdafiə, ov və idman məqsədləri üçün istifadə olunan silahlar nəzərdə tutulur. Özünümüdafiə silahı yalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və ya aerozol qurğulu qaz silahını ifadə edir. İdman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanların və quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar deməkdir.
Bəs, mülki silahı əldə etmək üçün nə etmək lazımdır? Kimlərə mülki silah verilə bilər?
Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, mülki silahın əldə edilməsi ilə bağlı daxil olmuş müraciətlər kütləvi xarakter daşımır:
"Qeyd edək ki, respublikamızda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ var".
Qurum rəsmisi qeyd edib ki, mülki silahı, yəni özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahı əldə etmək istəyən vətəndaş Daxili İşlər Nazirliyinə aidiyyəti üzrə müraciət etməlidir.
"Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması yoxlanılır. Araşdırıldıqdan sonra həmin şəxsə müvafiq silahın verilib-verilməməsi barədə qərar qəbul olunur", - o əlavə edib.(trend)
23:49 / 18 Oktyabr 2026
1
23:32 / 18 Oktyabr 2026
46
23:21 / 18 Oktyabr 2026
54
22:54 / 18 Oktyabr 2026
65
22:03 / 18 Oktyabr 2026
88
21:52 / 18 Oktyabr 2026
78
21:31 / 18 Oktyabr 2026
94
21:26 / 18 Oktyabr 2026
104
21:20 / 18 Oktyabr 2026
78
21:13 / 18 Oktyabr 2026
147
21:08 / 18 Oktyabr 2026
102
20:58 / 18 Oktyabr 2026
74
20:39 / 18 Oktyabr 2026
97
20:25 / 18 Oktyabr 2026
110
20:09 / 18 Oktyabr 2026
138
19:56 / 18 Oktyabr 2026
164
19:42 / 18 Oktyabr 2026
198
19:30 / 18 Oktyabr 2026
899
19:19 / 18 Oktyabr 2026
110
19:09 / 18 Oktyabr 2026
84
18:55 / 18 Oktyabr 2026
684
18:50 / 18 Oktyabr 2026
87
18:47 / 18 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.