"Kommersant" qəzeti Moskvanın Azərbaycana "Bal" raket kompleksləri satmaqdan imtina etdiyini bildirib.
Hərbiçilər hesab edirlər ki, sahil raket kompleksi Rusiyanın Xəzərdəki gəmiləri üçün təhlükə təşkil edəcək.
"Bal-E" ərazi sularına nəzarət, bazaların, sahil infrastrukturlarının və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. Kompleksin tərkibinə özügedən komanda idarəetmə və rabitə məntəqələri, gəmi əleyhinə raketlərlə özügedən buraxılış qurğuları, nəqliyyat-yükləmə maşınları daxildir. Zərbə endirmə məsafəsi 120 km-ə qədər təşkil edir.
Nəşrin məlumatına görə, əvvəlcə tərəflər kiçik BRK partiyasının və onlarla 3M24 raketinin (X-35 raketlərinin ixrac versiyası) alqısı haqqında müqaviləni paraflayıblar. Amma saziş imzalanma mərhələsinə çatmayıb. Rusiya tərəfin hesablamaları göstərib ki, bu raketlərin ixrac modifikasiyası belə Rusiyanın ərazi sularında olan Hərbi Dəniz Donanmasının gəmiləri üçün potensial təhlükə daşıyır.
Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətdən və "Rosoboroneksport"dan şərh verməkdən imtina ediblər.
Yüksək vəzifəli mənbənin sözlərinə görə, "Bal"ın Azərbaycan hərbiçilərinə satılması mövzusu "kifayət qədər incə geosiyasi məqamla" əlaqədar da hələ müzakirə edilmir. Son illər X-35 tipli raket yerüstü hədəflərin də vurulması üçün müasirləşdirilib, Moskva Bakının bu silahdan Dağlıq Qarabağda istifadə etməsini istəmir, deyə nəşrin həmsöhbəti bildirib.
Oxu24.com
ŞƏRHLƏR