Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlarla və raket kompleksi ilə təchiz edilməsi ölkənin təhlükəsizlik sisteminin qurulmasında əsas rol oynayır.
Azərbaycanın hərb sahəsində sıx əməkdaşlıq etdiyi əsas ölkələrdən biri də İsrail dövlətidir. Bu sahədə əməkdaşlığın dərin əlaqələri var.
Femida.az İsrailin Azərbaycana satdığı “Arrow” raketdən müdafiə sistemi barədə maraqlı məlumatı təqdim edir:
Azərbaycan bu müəkəmməl müdafiə sisteminə hələ 2012-ci ildən sahibdir. İsrail “Arrow” raketdən müdafiə sistemini və bu sistemin tərkib hissəsi olan “Green Pine” radar kompleksini ilk olaraq Azərbaycana satıb.
O zaman hərbi qaynaqlar xəbər vermişdi ki, bu silahlar iki il davam edən gərgin danışıqlardan sonra alınıb və Azərbaycan ərazisini "Yer-Yer" tipli istənilən raketlərin hücumlarından qorumağa yüz faiz qadirdir.
Bu silah sövdələşməsi regionda narahatlıq böyük narahatlıq yaratmışdı və hətta İranın Bakıya nota verməsinə səbəb olmuşdu. Azərbaycan müdafiə naziri İrana səfər edərək Tehranı inandırmağa çalışmışdı ki, həmin silahlar bu ölkəyə qarşı istifadə edilməyəcək. Bununla belə, silah sistemlərinin strateji təyinatı bir sıra ekspertlərdə onların həm də İranın mümkün hücumlarına qarşı yönələcəyinə dair fikirlərə səbəb olub. İsraildən göndərilmiş hərbi mütəxəssislərin böyük qrupu azərbaycanlı hərbçilərə bu silah sistemindən istifadə təlimi keçib.
“Arrow” raketdən müdafiə sistemi dünyada “yer-yer” tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı “Arrow” raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Green Pine” radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları “Arrow” sisteminə ötürmək imkanına malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur.
Hərbi qaynaqlardan bildirildiyinə görə, “Arrow” sistemi Ermənistanın malik olduğu istənilən tip “Yer-Yer” raketlərini neytrallaşdırmaq qabiliyyətindədir. Qeyd olunmalıdır ki, Rusiyanın özündə belə bu cür etibarlı raketdən müdafiə sistemləri mövcud deyil. Bu baxımdan Azərbaycanın İsraildən həmin strateji silah sistemlərini alması regionda qüvvələr balansını tamamilə dəyişdi.
”Green Pine” radarı
İsrail bu dəhşətli silahı yalnız Azərbaycana verib...
2 milyard dollara başa gələn “Arrow” layihəsi 1998-ci ildə ABŞ-ın maliyyə yardımı ilə İsrail tərəfindən başladılıb və 2010-cu ildə hazırlanmış sistem bütün sınaqları keçərək İsrail ordusuna daxil edilib. Azərbaycan İsraildən sonra bu raketdən müdafiə sisteminə malik olan ikinci ölkədir.
Texiki göstəricilərinə görə ARROW-un hədəfi müəyyən etmə ehtimalı 99.9 %, hədəfi məhv etmə ehtimalı isə 90 %-dir. Sistem hədəfləri 3 000 km-ə qədər məsafədə müəyyən edir, izləyir, 100 km radusda isə məhv edir. İntellektual sistem əsas döyüş başlığını decoy-dan ayırmaq imkanı verir. Launch olunduqdan sonra missle sürəti 3 km/s-ə çatır. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.
"Arrow" hava hücumundan müdafiə sistemi ("Arrow 1", "Arrow 2" və yeni "Arrow" prototipi) isə İranın "Şahab" kimi uzunmənzilli raketlərini vurmaq üçün hazırlanıb.
Rusiyanın lenta.ru saytının yazdığı məlumata görə, 2014-cü ildə bu tip raketlərin sayı İsraildə 200-dən çox olub. Bir raketin qiyməti isə təxminən 3 milyon dollara yaxındır.
Oxu24.com
ŞƏRHLƏR