Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuz bu istiqamətdə döyüş hazırolma vəziyyətinə gətirilib - VİDEO

Ordumuz  bu  istiqamətdə  döyüş   hazırolma  vəziyyətinə  gətirilib  - VİDEO

HƏRBİ

887

13.11.2018, 15:48

 Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.
Bu barədə   Müdafiə Nazirliyindən bildirilib. İdarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.