Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
790
08.10.2021, 18:07
Ucar rayonunda şəhid Elçin Mübariz oğlu İsmayılovun anım mərasimi və adına inşa edilmiş xatirə bulağının açılışı olub.
RegionXəbərləri.com-un məlumatına görə tədbirdə rayon rəsmiləri, sakinlər, qazilər, şəhid ailələri və Elçin İsmayılovun ailə üzvləri iştirak ediblər.
Şəhid Elçin İsmayılov 30 may 1989-cu il tarixdə Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub.
Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. 8 oktyabr 2020-ci il tarixdə Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.Ailəli idi. 2 oğlu yadigar qalıb.
Allah rəhmət eləsin.
Fuad Hüseynov RegionXəbərləri.com



16:12 / 10 Noyabr 2026
1
15:58 / 10 Noyabr 2026
52
15:44 / 10 Noyabr 2026
129
15:34 / 10 Noyabr 2026
135
15:31 / 10 Noyabr 2026
61
15:25 / 10 Noyabr 2026
91
15:22 / 10 Noyabr 2026
83
14:58 / 10 Noyabr 2026
1747
14:55 / 10 Noyabr 2026
152
14:48 / 10 Noyabr 2026
274
14:23 / 10 Noyabr 2026
374
14:20 / 10 Noyabr 2026
769
14:09 / 10 Noyabr 2026
193
14:00 / 10 Noyabr 2026
829
13:44 / 10 Noyabr 2026
128
13:38 / 10 Noyabr 2026
374
13:26 / 10 Noyabr 2026
1621
13:24 / 10 Noyabr 2026
144
13:20 / 10 Noyabr 2026
341
13:05 / 10 Noyabr 2026
175
13:00 / 10 Noyabr 2026
139
12:37 / 10 Noyabr 2026
579
12:31 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.