Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5823
az

Aprel döyüşləri ilə bağlı sensasion məlumat:Əsgər əsgəri güllələyib

11:4205 Oktyabr, 2018
2344
HƏRBİ
  • A
Erməni əsgər aprel döyüşləri zamanı diversiya cəhdindən təşvişə düşməklə xidmət yoldaşını güllələyərək öldürüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan apelyasiya məhkəməsində icraatda olan S.Karenin işi üzrə şikayətə baxılıb.

Rəsmi məlumata görə, müddətli xidmət hərbi qulluqçusu, erməni əsgəri S.Karen 2016-cı il, aprelin 14-də saat 23:20 radələrində aprel döyüşləri ərəfəsində döyüş növbətçiliyində döyüş mövqeyinin ayıq növbəsi tərkibində vəzifə borclarını yerinə yetirərkən, döyüş növbətçiliyi qaydalarını pozmaqla ona həvalə edilmiş səngəri tərk edib və qazmanın qarşısındakı sahəyə gəlib.

O, qazmanın sağ tərəfindən sol tərəfinə, yeməkxana istiqamətinə hərəkət edən adamın kölgəsini görüb. Onun düşmən olduğunu zənn edərək, ona təhkim edilmiş silahı doldurub və parol tələb etmədən kölgə istiqamətinə ardıcıl atəş açıb. Nəticədə həmin döyüş mövqeyinin müşahidəçisi, müddətli xidmət hərbi qulluqçu, kiçik çavuş rütbəli Q. Manvel döş qəfəsi nahiyəsindən odlu silah yarası alıb və yerindəcə ölüb.

Karenə qarşı cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. O, ona qarşı irəli sürülən ittihamla razılaşmayaraq, ön xəttə atəş səsləri və qışqırıqlar eşitdiyini gələnin hansı tərəfdən olduğunu dərk etmədiyini bildirib.

O qeyd edib ki, həmin günü kəşfiyyat diversiya fəaliyyəti ola biləcəyinə dair təlimatlandırıldıqlarını qeyd edib.

"Həmin gün tünd gecə və yağışlı gün idi. Səngərdə sürüşərək yıxıldım, həmin məqamda arxa tərəfdən səs və qışqırıqlar eşitdim, çevrilib baxdıqda isə insan kölgəsi gördüm. Ön xəttdə atəş səsləri ilə eyni vaxtda eşidilən qışqırıqlara görə düşmənin kəşfiyyat diversiya fəaliyyəti olduğunu zənn edərək, belə bir şəraitdə parol soruşmaq mümkün deyildi. O isə sürətlə irəliləyirdi", - deyə Karen bildirib.

O, gələn şəxsin düşmən olduğunu ehtimal edərək atəş edib və daha sonra diversiya deyə bağıraraq siqnal verdiyini qeyd edib. Döyüş mövqeyindəki heyətin tərkibində olan Qeğam adlı hərbi qulluqçu işıqlandırıcı fişəng buraxdıqdan sonra məlum olub ki, vurulan Manveldir. Hadisə baş verən vaxtı Karen artıq 10 ayın hərbi qulluqçusu olub.

Karen iddia edib ki, o, döyüş növbətçiliyinin aparılması qaydalarını pozmayıb. Əlavə olaraq mövqedəki səngərlər döyüş növbətçiliyi apamaq üçün mühəndis baxımdan tələblərə cavab verməyib.

Məhkəmədə dindirlən şahidlər həmin gün doğrudan da ön xəttdə atəş səsləri eşitdiklərini təsdiq ediblər. Onlar bunun kəşfiyyat diversiya fəaliyyəti olduğunu ehtimal etsələr də, ərazi işıqlandırılandan sonra qazmanın qarşısında əsgər yoldaşlarının meyitini görüblər. Həmin dövrdə müharibə vəziyyəti olmasını nəzərə alan məhkəmə hadisələrin baş verməsində zərərçəkənin də səhvlərə yol verdiyini, yaxınlaşarkən parolu demədiyini vurğulamaqla, hadisəni törədən Karenə qarşı yüngülləşdirici hal tətbiq edib.

O, cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən 1 il 6 ay 6 gün azadlıqdan mərhum edilib. Məhkəmə onun həbsdə olduğu müddəti nəzərə alaraq cəzasını çəkmiş hesab edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ