Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5668
az

İsrail Azərbaycanın döyüş vertolyotlarını modernizə olunmuş “Spike” raketləri ilə silahlandırır – Düşmən üçün əlçatmaz olacaq..

12:5630 Sentyabr, 2018
1768
HƏRBİ
  • A
 İsrailin “Rafael” şirkəti Azərbaycanın döyüş vertolyotlarını modernizə edilmiş “Spike” raketləri ilə silahlandırır.

 Oxu24.com  virtualaz.org-a istinadən xəbər verir ki, bunu ötən həftə Bakıda keçirilmiş “ADEX 2018” müdafiə sərgisində şirkətin regional direktoru Şimon Naymen açıqlayıb.

“Hazırda biz Azərbaycanda hərbi vertolyotlarda modernizə edilmiş “Spike” raketlərinin quraşdırılmasını həyata keçiririk. Bu raketlərin fəaliyyət radiusu 30 kilometrdir. Bu isə o deməkdir ki, modernizə edilmiş “Spike” raketi ilə silahlanmış hərbi vertolyot düşmən üçün əlçatmaz olacaq. Başqa sözlə, vertolyotlar Azərbaycanın nəzarətində olan ərazilərdən düşmənin nəzarəti altında olan ərazilərə dəqiq zərbə endirəcək, bu zaman özü atəş altına düşməyəcək”-Şimon Naymen bildirib.

“Rafael” şirkətinin regional direktoru onu da deyib ki, şirkət Bakıdakı sərgidə MiQ-25 qırıcılarında quraşdırılması mümkün olan ən yeni kəşfiyyat sistemlərini də nümayiş etdirib. Bu sistemlər 350 kilometr məsafədən informasiyanı online rejimində ötürüə bilir.



Azərbaycan ordusunun döyüş vertolyotlarının düşmənin daşınan zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan hədəflərə dəqiq zərbə endirmək imkanında olduğunu bu ilin mayında müdafiə naziri Zakir Həsənov da silahlı qüvvələrin 100 illiyinə həsr edilmiş mətbuat konfransı zamanı açıqlamışdı. Nazir bildirmişdi ki, 2016-cı ilin aprel döyüşlərinin təcrübəsindən çıxış edərək döyüş vertolyotlarının düşmənin daşınan zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan 50 kilometrə qədər məsafədən hədəfləri vurmağa imkan verən sistemlərlə təchiz edilməsi həyata keçirilir. 2016-cı ilin aprelində Azərbaycan xüsusi təyinatlı qüvvələrinin bir vertolyotu düşmən mövqelərinə yaxın məsafədən zərbə endirərkən vurulmuşdu.



Azərbaycanın döyüş vertolyotlarının İsrail istehsalı olan raketlərlə təchiz edilməsi hələ bir neçə il əvvəl başlamışdı. Lakin o zaman söhbət radiusu 10-20 kilometr olan raketlərdən gedirdi. Ermənistan isə son illərdə Rusiyadan “Verba” daşınan zenit-raket sistemləri əldə etdiyindən həmin radiuslu raketlər Azərbaycan ordusunun vertolyotlarının düşmənə zərbə endirərkən atəş altına düşməsini qaçılmaz edə bilərdi. İndi isə vertolyotlar təmas xəttini keçmədən, yaxud hücum edən qoşunların onlarla kilometr arxasından düşmən hədəflərinə sərrast zərbələr endirib onların tanklarını, zirehli maşınlarını, atəş nöqtlərini sıradan çıxara biləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ